Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Arsenal” Braziliya klubuna təklif göndərdi
“Arsenal” Braziliyanın “Korintians” komandasında çıxış edən 25 yaşlı sağ cinah müdafiəçisi Mateuzinyo üçün rəsmi transfer təklifi göndərib.
Sportfm.az xəbər verir ki, bu barədə “Daily Arsenal” məlumat yayıb.
“Topçular”ın baş məşqçisi Mikel Arteta müdafiəni gücləndirmək məqsədilə braziliyalı futbolçunun transfer olunmasını tələb edir. Ancaq “Korintians” əsas oyunçularından birini buraxmaq istəmir. Buna baxmayaraq, Mateuzinyo özü transferdə israr etsə, Braziliya klubu mövqeyini yenidən nəzərdən keçirə bilər.
Futbolçu cari mövsümdə 13 oyunda iştirak edib və 1 qol vurub. Onun “Korintians”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Oxşar xəbərlər
“Arsenal”da danimarkalı futbolçu - Transfer
Avropadan Latın Amerikasına uzanan yol...
Braziliyalı futbolçu PSJ-də
Vaqner Lavın yeni klubu məlum oldu
Braziliya yığması kimə etibar edildi? - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası