reklam
Avropadan Latın Amerikasına uzanan yol...
Sportfm.az xəbər saytı

Avropadan Latın Amerikasına uzanan yol...


Fransa yığması ilə dünya çempionu olmuş Pol Poqba karyerasını Braziliyanın "Korintians" klubunda davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə yerli "BolaVip" nəşri məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi bu komandaya keçməyə razılaşıb.

Lakin Braziliya təmsilçisinin rəhbərliyi məşhur oyunçu ilə müqavilə bağlamaq üçün maliyyə axtarışındadır. "Korintians" sponsorun transfer xərclərinin 100 faizini ödəməsini istəyir.

Daha əvvəl İngiltərənin "Mançester Siti" klubunun da Poqba ilə maraqlandığı yönündə xəbərlər yayılıb.

Qeyd edək ki, dünya çempionu antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya olunub. İlkin cəza müddəti 2023-cü ilin sentyabrından etibarən 4 il təşkil etsə də, sonradan 18 aya qədər azaldılıb. P.Poqba gələn ilin martında meydana qayıda biləcək. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.

Oxşar xəbərlər

Dünya çempionu dopinqə görə diskvalifikasiya edildi
Pol Poqba futbol filmə çəkilir
Poqba CAS-a müraciət etdi
Poqba 4 il futbolsuz qalacaq - Dopinq
Pol Poqba rəsmən "Mançester Yunayted"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər