Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İranlı futbolçu orduya qoşulmaq istəyir
Yunanıstanın "Olimpiakos" klubunda çıxış edən və İran milli futbol komandasının aparıcı simalarından sayılan Mehdi Taremi ölkəsində baş verən hadisələr fonunda diqqətçəkən addım atıb.
Sportfm.az xəbər verir ki, ABŞ və İsrailin İrana endirdiyi hücumlardan sonra 33 yaşlı hücumçu klub rəhbərliyinə vətənə dönmək niyyətində olduğunu bildirib. O, hərbi rəhbərlik və ordu ilə bir sırada dayanmaq, lazım gələrsə silaha sarılaraq ölkəsini müdafiə etmək istədiyini vurğulayıb.
Taremi qərarının qəti olduğunu gizlətməyib:
"Bu, vətənimin mənə ən çox ehtiyac duyduğu məqamdır. Xalqım təhlükə altındadır və mən onların yanında olmalıyam".
Məlumatda qeyd olunur ki, İran Futbol Federasiyası təcrübəli futbolçunu Yunanıstanda qalmağa və peşəkar karyerasını davam etdirməyə razı salmağa çalışır. Lakin hücumçu hələlik mövqeyini dəyişməyib.
Xatırladaq ki, Taremi daha əvvəl "İnter" və "Porto" kimi Avropanın tanınmış klublarında forma geyinib, vurduğu qollar və sabit oyunu ilə beynəlxalq arenada ad qazanıb. Hazırda isə "Olimpiakos"un heyətində Yunanıstan Super Liqasında məhsuldar çıxışı ilə seçilir.

Oxşar xəbərlər
Futbolçu Türkiyəyə qaçdı
Bu tarixdə bir ilk olacaq - İranlı Braziliya çempionatında
"İnter"də iranlı futbolçu
Millimizə qol vuran futbolçu ən çox qol vurmuş futbolçudur
İranlı hücumçu Messini geridə qoydu - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası