Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Biz Avropa futbolundan geridə qalırıq" -Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin Azərbaycanda ilk dəfə təşkil etdiyi məşqçilərin 1-ci forumunda iştirak edib.
Sportfm.az xəbər verir ki, Qurbanov, Qarabağ adının karyerasına təsirindən danışıb:
“İşimizin böyük hissəsi legionerlərlə bağlıdır. Onları elə hazırlamalıyıq ki, hansı ölkədə və komandada olduqlarını bilməlidirlər. Qarabağ bizim yaralı yerimiz idi, amma doğma torpaqlarımızı geri qaytardıq. Başqa klublarda işləyə bilərdim. Lakin bəlkə də, bu məsuliyyət daha çox olmazdı. Qarabağ adı məni də böyütdü. Hər bir legionerə Azərbaycanın qayda-qanunlarına hörmətlə yanaşmalı olduqlarını deyirik”.
Baş məşqçi futbolda daim öyrənmək lazım gəldiyini bildirib:
“Hər sahədə yeniliklər olur. Futbol da daim inkişaf edir. 60-70 yaşınadək məşqçilikdə qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara diqqət yetirməlidir".
Q.Qurbanov futboldakı mövcud problemlərdən də danışıb: “Bu yaxınlarda Türkiyənin Antalya şəhərinə getdik və orada şəraitin çox yaxşı olduğunu gördük. Bilirsiniz ki, futbolda ən önəmli şey ötürmələrdir. Biz məşqi yaxşı olmayan meydançada həyata keçirsək, nəzərə alaq ki, hər futbolçunun təxminən 50 ötürmə etməsi çox çətin olacaq. Belə hallar idmançının keyfiyyətini aşağı salır, onlar psixoloji olaraq ruhdan düşürlər. Bu baxımdan biz Avropa futbolundan geridə qalırıq. Bu barədə daim fikirlərimi bildirirəm. Şərait yoxdursa, idmançı inkişaf edə bilmir”.
Onun sözlərinə görə, Azərbaycanda istedadlı gənclər kifayət qədərdir: “Arzulayıram ki, ölkəmizdə yalnız idmanda yox, bütün sahələrdə ən yaxşı mütəxəssislər yetişsin”.

Oxşar xəbərlər
“Azarkeşlər yaxşı futbola baxmağa gələcəklər” - Qurban Qurbanov
“Hər il belə dəyər veriləndə daha da həvəslənirəm” – Qurban Qurbanov
Qurban Qurbanov İstanbul nəhənglərinə dəvət göndərdi
Ağabala Ramazanov: "Avropada tanınan bir kluba transfer olmuşam"
Qurban Qurbanov: "Futbolda bəzən istəmədiyin, düşünmədiyin nəticələr olur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası