Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiya Oyunlarına yekun vuruldu
İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi 2026-cı il Qış Olimpiya Oyunları yekunlaşıb.
Sportfm.az xəbər verir ki, təntənəli bağlanış mərasimi tarixi "Arena di Verona" stadionunda keçirilib.
Olimpiadanın ümumi komanda hesabında Norveç yığması növbəti dəfə liderliyini qoruyaraq birinci olub. Siyahıda ikinci yeri ABŞ, üçüncü pilləni Niderland, dördüncü yeri İtaliya, beşinci pilləni isə Almaniya yığması tutub.
Xatırladaq ki, Azərbaycan bu mötəbər yarışda iki idmançı ilə təmsil olunub. Dağ xizəyi idmanının slalom növündə mübarizə aparan təmsilçimiz Anastasiya Papatoma ilk enişini 59-cu sırada bitirib. O, ümumi nəticədə 95 idmançı arasında 51-ci pillədə qərarlaşıb.
Fiqurlu kankansürmə yarışlarında ölkəmizi təmsil edən Vladimir Litvintsev isə qısa proqramda 63.63 xal toplayıb. Təmsilçimiz bu göstərici ilə 29 iştirakçı arasında sonuncu pillədə yer alıb.

Oxşar xəbərlər
Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək - Qış Olimpiya Oyunları
İdmançımız olimpiadada 51-ci oldu
İdmançımız növbəti mərhələdə - Olimpiada-2026
Anastasiya Papatoma mübarizəyə başlayır - Olimpiada-2026
Bu gün Olimpiada başlayır - Açılış mərasimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası