Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançımız növbəti mərhələdə -Olimpiada-2026
Azərbaycan idmançısı Anastasiya Papatoma Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında keçirilən dağ xizəyinin slalom növündə mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançı ilk enişini başa vurub.
92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçu 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.
Onun çıxışını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyib.
Azərbaycan komandası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunur.
Oyunların əvvəlki günlərində komanda üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan Litvintsev bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Oxşar xəbərlər
Anastasiya Papatoma mübarizəyə başlayır - Olimpiada-2026
Millimizin şərəfini qoruyan rus legioner ən zəif oldu
Olimpiyaçılarımızı Milanda ziyarət etdilər - FOTO
Bu gün Olimpiada başlayır - Açılış mərasimi
Azərbaycan idmançısı Pekində növbəti mərhələyə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası