reklam
UEFA “Barselona”nı cərimələdi
Sportfm.az xəbər saytı

UEFA “Barselona”nı cərimələdi


UEFA “Barselona” klubunu cərimələyib.
Sportfm.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri UEFA-ya istinadən məlumat yayıb. Bildirilib ki, Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Praqa “Slaviya”sı ilə keçirilən (4:2) oyuna görə Kataloniya təmsilçisi 30,5 min avro məbləğində cərimə olunub.

“Barselona” azarkeşlərinin pirotexniki vasitələr yandırmasına görə 15,5 min avro, komandaların meydana gec çıxmasına görə isə əlavə 15 min avro cərimə tətbiq edilib. Gecikmənin klubun baş məşqçisi Hans-Diter Flikin hərəkətləri ilə bağlı olduğu və ona UEFA tərəfindən xəbərdarlıq verildiyi vurğulanıb.

Oxşar xəbərlər

UEFA Azərbaycan klubunun rəqibini cərimələdi
UEFA “Barselona”nı cərimələdi
UEFA “Qarabağ”ı cərimə etdi - 45750 avro
Super klubu avrokuboklardan kənarlaşdıracaqlar
UEFA "Liverpul" və "Sevilya"nı cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər