reklam
UEFA “Qarabağ”ı cərimə etdi -
Sportfm.az xəbər saytı

UEFA “Qarabağ”ı cərimə etdi -45750 avro


UEFA “Qarabağ”ı 45750 avro (təxminən 84532 manat) cərimələyib.
Sportfm.az xəbər verir ki, UEFA Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer” komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.

“Qarabağ” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək.

Leverkuzen komandası ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. “Qarabağ” buna görə 2750 avro ziyana düşüb.

Oxşar xəbərlər

UEFA-dan Gürcüstana ağır cəza
UEFA "Qarabağ"ın "Braqa"ya vurduğu qolu paylaşdı
“Qarabağ” büdcəsini bu qədər zənginləşdirdi
"Marsel" cərimələndi - Azarkeşlərə görə
UEFA iki məşhur klubu cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər