reklam
UEFA Azərbaycan klubunun rəqibini cərimələdi
Sportfm.az xəbər saytı

UEFA Azərbaycan klubunun rəqibini cərimələdi


UEFA "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Levski" (Sofiya) klubunu cərimələyib.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi evdə İsrailin "Hapoel" (Beer-Şeva) kollektivinə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:0) yaşananlara görə ziyana düşüb.

Sofiya klubu ictimai keçidlərin bağlanması ucbatından 14000 avro ödəyəcək. Bundan əlavə, "Levski" azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi və fanatların meydana yad əşyalar atmasına görə 6000 avro cərimələnib.

Qeyd edək ki, "Sabah" bu rəqiblə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.

Oxşar xəbərlər

Yeni mövsümün püşkü atıldı - Avropa Liqası
Rumıniya klubu "Qarabağ"la oyundan əvvəl cərimələndi - Avropa Liqası
UEFA-dan “Qarabağ”a görünməmiş cəza
UEFA “Qarabağ”ı cərimə etdi - 45750 avro
"Neftçi" 40 min avro ziyana düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər