reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Liverpul" və "Sevilya"nı cərimələdi


UEFA "Liverpul" və "Sevilya" klublarını cəzalandırıb. Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna  ötən mövsüm Avropa Liqasının finalında keçirilən "Sevilya" - "Liverpul" görüşündə hər iki komandanın azarkeşlərinin bəzi hərəkətləri səbəb olub. "Sevilya" azarkeşləri meydançaya kənar əşyalar atdığı üçün klub 17 min avro məbləğində cərimələnib. "Liverpul" isə azarkeşləri qadağan edilmiş banner və pirotexniki vasitələrdən istifadə etdiyinə görə 16 min avro məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, finalda "Sevilya" "Liverpul"u 3:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Oxşar xəbərlər

UEFA "Qalatasaray"ı cəzalandırdı - Avrokuboklarda azarkeşsiz oynayacaq
Samir Nəsri "Yuventus"a qarşı oynamayacaq
"Sevilya"nın hücumçusu "Latsio"ya keçdi
"Sevilya"dan rəsmi transfer
UEFA-dan 65 min avroluq cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər