Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Musa Qubada yubiley qolunu vurub
Misli Premyer Liqasının 20-ci turunun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.
Sportfm.az PFL-in saytına istibadən xəbər verir ki, 23 yaşlı hücumçu Premyer Liqada 40-cı dəfə fərqlənib.
Musa buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.
Premyer Liqada iki klubda çıxış edən hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.
Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olub.

Oxşar xəbərlər
Musa Qurbanlı növbəti qolunu vurdu
Musa Qurbanlı rekorda imza atdı - Azərbaycan çempionatları
Musa Qurbanlı üçün əlamətdar oyun
Ramazanov 40-a çatdı
"Qarabağ"ın hücumçuları üçün yubiley qolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası