reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan" "Sumqayıt"a qalib gəldi -Premyer Liqa


Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir.

Sportfm.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Vitali Vernidubun komandasının ardıcıl 3-cü qələbəsi olub. Komandalar arasındakı ilk dövrədəki oyunda “Neftçi” rəqibini 5:1 hesabı ilə məğlub edib.

Digər görüşdə isə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində hər ikisinin hesabında 30 xal olmaqla “Sumqayıt” 5-ci, Naxçıvan klubu isə 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

20-ci tur

15 fevral

17:00. "Araz-Naxçıvan" - "Sumqayıt" - 1:0

Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
"Liv Bona Dea Arena"

Oxşar xəbərlər

"Neftçi" "Kəpəz"i məğlub etdi - Premyer Liqa
“Kəpəz” “Neftçi”ni, “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək - Premyer Liqa
“Sumqayıt” “İmişli”yə qalib gəldi - Premyer Liqa
“Araz-Naxçıvan”dan qələbə - Premyer Liqa
"Turan Tovuz" "Araz-Naxçıvan"a məğlub oldu - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər