Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sumqayıt” “İmişli”yə qalib gəldi -Premyer Liqa
Misli Premyer Liqasında 14-cü tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, 4-cü oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.
Əvvəlcə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Qarşılaşma Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 23 xalla 6-cı, Gəncə klubu isə 6 xalla 11-cidir.
Bu komandaların ilk dövrədəki görüşündə “Araz-Naxçıvan” 2:0 hesabı ilə qalib gəlib. Lakin dekabrın 4-də keçirilən kubok matçında “Kəpəz” rəqibini səfərdə bir cavabsız qolla üstələyib.
Günün digər matçında isə “Sumqayıt” “İmişli”ni qəbul edib. Qarşılaşma Sumqayıt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki matçında “İmişli” 1:0 hesabı qalib gəlsə də, meydana adı protokolda olmayan oyunçu buraxdığı üçün sonradan komanda texniki məğlubiyyətlə üzləşmişdi.
Hazırda “Sumqayıt” 26 xalla turnir cədvəlində 4-cü, “İmişli” isə 15 xalla 9-cu yeri tutur.
Misli Premyer Liqası, 14-cü tur
9 dekabr (çərşənbə axşamı)
19:30. “Sumqayıt” - “İmişli” - 1:0
Qol: Rüstəm Əhmədzadə, 82
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Oxşar xəbərlər
“Araz-Naxçıvan”dan qələbə - Premyer Liqa
"Araz-Naxçıvan" "Kəpəz"lə, "Sumqayıt" "İmişli" ilə üz-üzə - YENİLƏNİR
"Zirə" minimum fərqlə qalib gəldi - Premyer Liqa
"İmişli" "Karvan"a qalib gəldi - Premyer Liqa
“Zirə” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Səbail”ə qarşı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası