reklam
“Araz-Naxçıvan”dan qələbə -
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan”dan qələbə -Premyer Liqa


Misli Premyer Liqasında 14-cü tur davam edir.

Sportfm.az xəbər verir ki, 4-cü oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

Əvvəlcə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Qarşılaşma Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 23 xalla 6-cı, Gəncə klubu isə 6 xalla 11-cidir.

Bu komandaların ilk dövrədəki görüşündə “Araz-Naxçıvan” 2:0 hesabı ilə qalib gəlib. Lakin dekabrın 4-də keçirilən kubok matçında “Kəpəz” rəqibini səfərdə bir cavabsız qolla üstələyib.

Günün digər matçında isə “Sumqayıt” “İmişli”ni sınağa çəkəcək. Bu komandaların ilk dövrədəki matçında “İmişli” 1:0 hesabı qalib gəlsə də, meydana adı protokolda olmayan oyunçu buraxdığı üçün sonradan komanda texniki məğlubiyyətlə üzləşmişdi.

Hazırda “Sumqayıt” 23 xalla turnir cədvəlində 5-ci, “İmişli” isə 15 xalla 9-cu yeri tutur.

Misli Premyer Liqası, 14-cü tur

9 dekabr (çərşənbə axşamı)

17:00. “Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Qol: Coşqun Diniyev, 38, Patrik Andrade, 64
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”

Oxşar xəbərlər

"Araz-Naxçıvan" "Kəpəz"lə, "Sumqayıt" "İmişli" ilə üz-üzə - YENİLƏNİR
“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı - Premyer Liqa
“Kəpəz” “Araz-Naxçıvan”la bərabərə qaldı - Misli Premyer Liqası
“Kəpəz” “Araz Naxçıvan”la bərabərə qaldı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” "Səbail"ə qalib gəldi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər