reklam
“Qarabağ” azarkeşləri “Neftçi” ilə matça buraxılmadı
Sportfm.az xəbər saytı

“Qarabağ” azarkeşləri “Neftçi” ilə matça buraxılmadı


Azərbaycan Əvəzedicilər Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi-2” - “Qarabağ-2” matçında maraqlı anlar yaşanıb.

Sportfm.az “Teleqraf”a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri “Palm Sports Arena”nın IV ehtiyat meydançasında təşkil olunan oyuna buraxılmayıblar.

Bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır. Hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.

Müvəqqəti xarakter daşıyan qərar Premyer Liqa matçlarına aid deyil.

Qeyd edək ki, son günlər “Qarabağ” və “Neftçi” azarkeşləri arasında gərginlik artmaqdadır. “Kəhər atlar” UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki “Nyukasl”la oyuna görə Premyer Liqanın 20-ci turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan “Neftçi” ilə görüşün təxirə salınmasını istəyib. Bakı təmsilçisi isə bundan imtina edib. Sonradan "Qarabağ" rəhbərliyinin aidiyyəti üzrə müraciət etməsindən sonra qarşılaşmanın təxirə salınacağı gözlənilir

Oxşar xəbərlər

Tahir Gözəl “Neftçi”dən matçın təxirə salınmasını xahiş edir - VİDEO
"Neftçi" gözləniləni etdi - "YOX", dedi
"Qarabağ"ın oyunu təxirə düşdü - RƏSMİ
“Neftçi” azarkeşlərinə müraciət ünvanladı
"Neftçi" açıqlama yaydı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər