DÇ-2018: İki bürünc medal şansı davam edir
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, yarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.
Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov qırğız güləşçiylə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.
İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov 1/16 finalda erməni güləşçiylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçini də üstələyib. Ancaq Məmmədov 1/4 finalda ikiqat Avropa çempionu olan rusiyalı güləşçiylə bacarmayıb. Ancaq rəqib finala çıxdığından Kamran oktyabrın 27-də təsəlliverici görüşə çıxacaq.
Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarına heç bir şans tanımayıb. İslam 1/4 finalda ötən il 80 kq-da dünya və Avropa ikincisi olmuş Belarus təmsilçisiylə üz-üzə gəlib. Abbasov bu görüşdə də sevinən tərəf olub və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Olimpiadanın gümüş medalçısı, dünya və ikiqat Avropa çempionuyla qarşılaşan İslam təcrübəli rəqibinə uduzub. Abbasov oktyabrın 27-də bürünc medal uğrunda güləşəcək.
60 kq
Təsnifat - Murad Məmmədov - Kali Süleymanov (KGZ) -:+ (tuşe)
67 kq
Təsəlliverici görüş - Kamran Məmmədov
1/4 final - Kamran Məmmədov - Artyom Surkov (RUS) 1:5
1/8 final - Kamran Məmmədov - Denis Demyankov (UKR) 7:3
1/16 final - Kamran Məmmədov - Karen Aslanyan (ARM) *2:2
87 kq
Bürünc medal görüşü - İslam Abbasov
1/2 final - İslam Abbasov - Jan Belenyuk (UKR) 1:5
1/4 final - İslam Abbasov- Radik Quliyev (BLR) 4:1
1/8 final - İslam Abbasov - Dimitrios Tsekeridis (GRE) 11:2
1/16 final - İslam Abbasov - Lesyan Kusin Otomu (JAM) 5:2
Görüşləri aşağıdakı linkdən izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/world-championships-33
Oxşar xəbərlər
Güləşçimiz Avropa Çempionatının finalında
Güləşçimiz dünya çempionatının bürünc medalına sahib oldu - FOTO
Erməniyə uduzan güləşçimiz əsəblərini cilovlaya bilmədi - VİDEO
İslam Abbasov bürünc medalı erməni rəqibinə uduzdu
İslam Abbasov beşinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası