reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" oyunlarını Respublika Stadionunda keçirəcək


“Qarabağ” fevralın 1-dən Azərbaycan Premyer Liqasındakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Qarabağ” PFL-ə müraciət edərək, “Turan Tovuz” klubunun da müvəqqəti ev oyununu keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə fevralın 1-dən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Stadionun hazırki durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ”ın ev oyunlarının 1 fevral tarixə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Oxşar xəbərlər

"Qarabağ" geri qayıdır
Tofiq Bəhramov stadionu mayda təmirə bağlanır - "Qarabağ" "köçür"
"Kəpəz" "Qarabağ"la Bakıda oynayacaq - Misli Premyer Liqası
"Araz-Naxçıvan" - "Qarabağ" oyununun yeri dəyişdirildi
"Qarabağ"ın ev oyunlarını bu stadionda keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər