Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qarabağ" geri qayıdır
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
Sportfm.az xəbər verir ki, müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.
"Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.
Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” klubu ev oyunlarını “Azersun Arena”da keçirəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayından "Azərsun Arena"da təmir işləri aparıldığı üçün "Qarabağ" ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirirdi.

Oxşar xəbərlər
Tofiq Bəhramov stadionu mayda təmirə bağlanır - "Qarabağ" "köçür"
"Neftçi" "Qarabağ"ı qəbul edə bilməyəcək
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək
"Araz-Naxçıvan" - "Qarabağ" oyununun yeri dəyişdirildi
"Qarabağ"ın ev oyunlarını bu stadionda keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin