reklam
Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanıldı
Sportfm.az xəbər saytı

Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanıldı


Ekvador milli komandasının və "LDU Kito" klubunun qapıçısı Qonsalo Valye ölkə paytaxtında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı qolkiper yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə ciddi sanksiyalarla üzləşib.

Bu, futbolçunun ilk bənzər xətası olmadığı üçün ona "cəza paketi" tətbiq edilib.

Q.Valye 1446 ABŞ dolları məbləğində cərimə olunub, sürücülük hüququndan 60 gün müddətinə məhrum edilib və bir müddət intizamsız sürücülər üçün nəzərdə tutulan mərkəzdə saxlanılıb.

Oxşar xəbərlər

Yığmanın sabiq futbolçusu saxlanıldı
"Real"ın futbolçusu sürücülük hüququndan məhrum edildi
Millinin sabiq futbolçusu 15 ay həbs edildi
Dünya çempionu kapitanlıq sarğısından məhrum edilə bilər
Matçdan çıxdı, içki içdi, tutuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər