reklam
Sportfm.az xəbər saytı

"Real"ın futbolçusu sürücülük hüququndan məhrum edildi


İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

Sportfm.az xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir. 

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən "Real Madrid"in formasını geyinir. 

Oxşar xəbərlər

Belarus dünya çempionatından məhrum edildi - Başqa ölkədə keçiriləcək
Marselo Roberto Karlosa yaxınlaşdı - FOTO
Makqreqorun sürücülük hüququ əlindən alındı
Dünya çempionu kapitanlıq sarğısından məhrum edilə bilər
Jerar Pike həbs edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər