Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmanın sabiq futbolçusu saxlanıldı
Rusiya yığmasının sabiq futbolçusu Denis Qluşakov içkili halda avtomobil idarə etdiyi üçün saxlanılıb.
Sportfm.az xəbər verir ki, 37 yaşlı oyunçu alkoqol testindən keçə bilməyib.
Hadisə Rostov vilayətində baş verib. Alkotest Qluşakovda 0,8 promil göstərib. Ona dərhal protokol tərtib edilib, avtomobili isə cərimə meydançasına aparılıb. O, sürücülük vəsiqəsindən də məhrum edilə bilər.
Qeyd edək ki, D.Qluşakov 2013-2019-cu illərdə "Spartak"da çıxış edib. O, "qırmızı-ağlar"ın heyətində Rusiya çempionluğunu və Superkubokunu qazanıb. Futbolçu Rusiya millisinin heyətində 57 oyun keçirib.

Oxşar xəbərlər
BMW milli komandada çıxış edən futzalçının həyatına son qoydu
"Real"ın futbolçusu sürücülük hüququndan məhrum edildi
Millinin sabiq hücumçusu içkili yaxalandı
Millinin sabiq futbolçusu 15 ay həbs edildi
“Qəbələ”nin sabiq futbolçusu “Krasnodar”da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası