reklam
Millinin sabiq futbolçusu 15 ay həbs edildi
Sportfm.az xəbər saytı

Millinin sabiq futbolçusu 15 ay həbs edildi


Çexiya milli komandasının sabiq futbolçusu Tomaş Rjepka 15 ay müddətinə həbs edilib.

Sportfm.az xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi fırıldaqçılığa görə azadlıqdan məhrum olunub.

Rjepka 2016-cı ildə ona məxsus olmayan avtomobili bir qadına satıb. 45 yaşlı sabiq oyunçunun vəkili hökmdən şikayət edib.

Rjepkaya 2018-ci ildə keçmiş həyat yoldaşının adından internetdə intim videolar yerləşdirdiyi üçün 6 ay müddətinə həbs cəzası verilib. O, 2015 və 2016-cı illərdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Qeyd edək ki, İngiltərənin "Vest Hem" və İtaliyanın "Fiorentina" komandalarında da çıxış etmiş Tomaş Rjepka Çexiya yığmasında 46 oyunda bir qol vurub.

Oxşar xəbərlər

Millinin sabiq futbolçusu həbs olundu - Narkotikə görə
Millinin sabiq üzvü həbs edildi - 3 illik
"Neftçi"nin sabiq futbolçusu həbs olundu - Sərxoş vəziyyətdə
Millinin sabiq futbolçusu həbs olundu
Futbol üzrə dünya çempionu həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər