reklam
Sportfm.az xəbər saytı

"Azərbaycan" yazısı ilə bağlı qalmaqala görə istefa verdi


Ermənistanın xizək idmanı federasiyasının rəhbəri postunu tərk etdiyini bildirib.

Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, Qaqik Sarkisyanın istefası 2 həftə əvvəl İtaliyada erməni xizəkçi ilə bağlı insidentlə bağlıdır.

Qeyd edək ki, bir neçə gün öncə İtaliyada keçirilən "Tour de Ski" yarışlarında erməni xizəkçi Mikael Mikaelyan qalmaqalla gündəmə gəlib. Belə ki, o, yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb. Yarışın titul sponsoru olan Azərbaycanın adına qarşı etdiyi hörmətsizliyə görə, idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Xatırladaqsözügedən yazının titul sponsorluğu ilə bağlı olduğu bildirilib.

Oxşar xəbərlər

“Azərbaycan” yazısını gizlətmək istəyən erməni - FOTO
Erməni xizəkçi “Azərbaycan” yazısını gizlətdi - Cəzalandı
"Şahdağ"da Dünya Kuboku keçiriləcək
Azərbaycanda qeyri-adi yarış - Xizək alpinizmi
"Neftçi" nə axtarır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər