reklam
Sportfm.az xəbər saytı

"Şahdağ"da Dünya Kuboku keçiriləcək


Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-in tamhüquqlu üzvlüyünə qəbul edilib.
Sportfm.az xəbər verir ki, bununla yanaşı, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə moqul üzrə Dünya Kubokunun final mərhələsinin ölkəmizdə keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən, FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı il martın 14-15-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

"Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vuruldu
"Türkdilli Dövlətlərin Xizək Kuboku" keçiriləcək - Həvəskarlar arasında
Sprint yarışının qalibləri məlum oldu - Dünya kuboku
Azərbaycanda bir ilk - Xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək
Azərbaycanda qeyri-adi yarış - Xizək alpinizmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər