reklam
Sportfm.az xəbər saytı

"İmişli" "Araz-Naxçıvan"la heç-heçə etdi -Premyer Liqa


Misli Premyer Liqasında 17-ci tur start götürüb.
Sportfm.az xəbər verir ki, nəticədə çempionatdakı 32 günlük fasilə başa çatıb.

Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması "İmişli" ilə "Araz-Naxçıvan" arasında olub. Quba Olimpiya İdman Kompleksində keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb.

Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Günün 2-ci matçı isə “Palms Sports Arena”da oynanılır. Burada "Neftçi" "Zirə"ni qəbul edir. Oyun saat 19:00-da start götürüb. Sözügedən komandaların 1-ci dövrədəki qarşılaşmasında 2:2 hesabı qeydə alınıb.

Hazırda turnir cədvəlində "Zirə" 28 xalla 3-cü, "Araz-Naxçıvan" 26 xalla 6-cı, "Neftçi" 20 xalla 8-ci, "İmişli" isə 17 xalla 9-cudur. Sıralamaya 37 xala malik "Sabah" liderlik edir.

23 yanvar (cümə)

14:30. “İmişli” – “Araz-Naxçıvan” - 2:2

Qol: Luis Silvestr, 5 (1:0), Şarl Boli (1:1), Dieqo Almeyda, 84 (2:1), Ramon Maçado, 90+1 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu

Oxşar xəbərlər

“Araz-Naxçıvan” Quba səfərində, “Neftçi” “Zirə”yə qarşı - Premyer Liqa
“Sumqayıt” “İmişli”yə qalib gəldi - Premyer Liqa
“Araz-Naxçıvan”dan qələbə - Premyer Liqa
"Araz-Naxçıvan" "Neftçi"yə qarşı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” "Səbail"ə qalib gəldi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər