reklam
Əliyar Ağayev Avropa Liqasının oyununda
Sportfm.az xəbər saytı

Əliyar Ağayev Avropa Liqasının oyununda


Azərbaycanın FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.

Sportfm.az xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının əsas mərhələsində VII turun “Yanq Boyz” (İsveçrə) - “Lion” (Fransa) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, yeni FIFA referisi Tural Qurbanov dördüncü hakim qismində yardımçı olacaq.

İspaniyalı Gilyermo Kuadra Fernandes VAR hakimi, daha bir azərbaycanlı ədalət təmsilçisi Nicat İsmayıllı onun köməkçisi olacaq.

Hakimlərin işinə ingiltərəli hakim-inspektor Martin Atkinson qiymət verəcək. Estoniyalı Sergey Xoxlov-Simson isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, yanvarın 22-də İsveçrənin paytaxtı Berndəki "Vankdorf" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Oxşar xəbərlər

Əliyar Ağayev "Olimpik"in matçını idarə edəcək - Təyinat
Əliyar Ağayev "Arsenal"ın oyununda - Çempionlar Liqası
Əliyar Ağayev Avropa Liqasına matçında - Təyinat
Əliyar Ağayev Çempionlar Liqası oyununda - Təyinat
Əliyar Ağayev Konfrans Liqasının qarşılaşmasında - Bolqarıstana yollanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər