reklam
1-ci Liqa klubu 7 futbolçunu göndərdi -
Sportfm.az xəbər saytı

1-ci Liqa klubu 7 futbolçunu göndərdi -Ayrılıq


1-ci liqa təmsilçisi “ASTA Mingəçevir” Bakı toplanışına başlayır.
Sportfm.az xəbər verir ki, bu bərədə klubun yaydığı açıqlmada bildirilir.

Komanda hazırlıq prosesinin növbəti mərhələsini yanvarın 16-dan 21-nə kimi Bakıda keçitəcək. Təlim-məşq toplanışı çərçivəsində futbolçuların fiziki və taktiki hazırlığına xüsusi diqqət yetiriləcək.

Məlumatda bildirilir ki, hazırda klub 7 futbolçu ilə yollarını ayırıb, 5 yeni futbolçu ilə ilkin müqavilə imzalanıb. Bundan əlavə, bir neçə oyunçu ilə danışıqlar son mərhələdədir.

Yeni transferlərin adları yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə elan olunacaq.

Qeyd edək ki, "Mingəçevir" 1-ci liqada 12 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

“ASTA Mingəçevir”də 5 yeni oyunçu
"Mingəçevir"də ayrılıq
"Turan Tovuz"un oyunçusu “Mingəçevir”də
Görün sonuncu pillədə olan klub kimi gətirdi! - Təyinat
"Mingəçevir" futbol klubu sponsorla anlaşdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər