Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Oyunçu hava limanında dünyasını dəyişdi
Rusiyada futbolçu qəflətən dünyasını dəyişib.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, Mini-futbol üzrə “Norilski Nikel” klubunun oyunçusu Felipe Aleks Uxta hava limanında vəfat edib.
Hadisə yanvarın 6-da Rusiya Kubokunun yarımfinal mərhələsində “Norilski Nikel”in yerli “Uxta” komandası ilə 2:2 hesablı heç-heçəsindən sonra baş verib. 32 yaşlı braziliyalı hücumçu Moskva reysi üçün təyyarəyə minərkən özünü qəfil pis hiss edib.
Felipe Aleks huşunu itirərək yerə yıxılıb və başını yerə çırpıb. Hadisə yerinə dərhal tibbi briqada çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Felipe Aleks “Norilski Nikel” klubunun əsas oyunçularından biri idi.

Oxşar xəbərlər
Gənc futbolçu dünyasını dəyişdi
"Barselona"nın 20 yaşlı oyunçusu dünyasını dəyişdi
37 yaşlı hakim məşqdə öldü
Futbolçu oyun zamanı dünyasını dəyişdi
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası