Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünyanın ən bahalı yarımmüdafiəçisi 160 milyon avrodur
Nüfuzlu "Transfermarkt" portalı 2025-ci ilin sonuncu günündə dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini yeniləyib.
Sportfm.az xəbər verir ki, mənbənin məlumatına görə, futbolda ən bahalı yarımmüdafiəçi ünvanı "Real Madrid"in və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemindir.
22 yaşlı ulduz oyunçusunun dəyəri 160 milyon avrodur.
Ən yüksək qiymətə görə tərtib olunan reytinqdə ikinci yeri "Barselona"dan 23 yaşlı ispaniyalı Pedri (140 milyon avro) tutub. Ən bahalı yarımmüdafiəçilərin ilk "üçlüy"ünü "Bayern Münhen"in 22 yaşlı oyunçusu Camal Musiala (130 milyon avro) tamamlayıb.
Reytinqdə sonrakı yerdə 120 milyon avroluq transfer qiyməti olan üç oyunçu gəlir: Koul Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal") və Federiko Valverde ("Real Madrid").

Oxşar xəbərlər
Onlar dünyanın ən bahalı futbolçularıdı - SİYAHI
Dünyanın ən bahalı futbolçuları açıqlandı
Dünyanın ən bahalı futbolçuları - SİYAHI
Bundesliqanın ən bahalı oyunçuları - Siyahı
DÇ-2022-nin ən bahalı futbolçuları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası