reklam
16 turda 16 böyükhesablı nəticə
Sportfm.az xəbər saytı

16 turda 16 böyükhesablı nəticə


Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə indiyədək baş tutan 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb.
Sportfm.az xəbər verir ki, meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur.

“Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” və “İmişli” hərəyə 2 dəfə rəqibi böyük fərqlə məğlub edib. “Zirə”, “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin bir uğuru var.

Gəncə klubu hamıdan çox – 6 dəfə, “Karvan-Yevlax” 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Araz-Naxçıvan” 2, “İmişli”, “Zirə”, “Şamaxı” və “Sumqayıt” 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini böyük fərqlə üstələyib. “Qarabağ” “Araz-Naxçıvan”ı (5:0, 5:1), “Şamaxı” “Karvan-Yevlax”ı (3:0, 3:0) iki dəfə belə məğlubiyyətə uğradıb.

Oxşar xəbərlər

18 oyunun vaxtı açıqlandı - Premyer Liqa
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı - Premyer Liqa
Premyer Liqa və kubokda yeni mövsümünün tam təqvimi
“Qarabağ” və “Sabah”ın üstünlüyü - 2022/23 mövsümü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər