reklam
İstanbul klubları onun üçün yarışır -
Sportfm.az xəbər saytı

İstanbul klubları onun üçün yarışır -37 milyon avro


“Qalatasaray” və “Fənərbaxça” “Milan”ın formasını geyinən fransalı ulduz Kristofer Nkunku üçün rəsmi danışıqlara başlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.

“Milan” mövsümün əvvəlində “Çelsi”dən 37 milyon avro qarşılığında transfer etdiyi 28 yaşlı hücumçu üçün 35 milyon avro tələb edir.

Həmçinin, Premyer Liqa klubları və “Yuventus” Nkunkunu izləsə də, lakin indiyədək ən konkret təkliflər “Qalatasaray” və “Fənərbaxça”dan gəlib.

Qeyd edək ki, futbola PSJ-nin akademiyasında başlayan Nkunku daha sonra “Leypsiq”, “Çelsi” və “Milan” formalarını geyinib. O, 2022–2023 mövsümündə Bundesliqada bombardir olub və “İlin futbolçusu” mükafatını qazanıb. Super Liqanın ilk yarısını “Qalatasaray” 42 xalla lider, “Fənərbaxça” isə 39 xalla ikinci pillədə başa vurub.

Oxşar xəbərlər

PSJ-nin futbolçusu "Fənərbaxça"da - RƏSMİ
"Qalatasaray" "Milan"la danışıqlara başladı
Bu gün derbi var - “Qalatasaray” - “Fənərbaxça”
İstanbul klubunun futbolçusu üçün 30 milyon avro
"Qalatasaray"ın futbolçusu üçün 18 milyon avro

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər