reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"ın futbolçusu üçün 18 milyon avro


Debüt mövsümündə Almaniya Bundesliqasında gümüş medalları qazanan "Leyptsiq" "Qalatasaray"ın futbolçusu Armino Brumanı heyətinə qatacaq. 
 
Sportfm.az xəbər verir ki, bu barədə futbolçunun meneceri "Antena 1" kanalına açıqlamasında məlumat verib. 
 
O, klublar arasında danışıqlar getdiyini deyib. Lakin hələ rəsmi anlaşma olmadığını bildirib. 
 
Bundesliqa klubu 22 yaşlı futbolçunun keçidi üçün "Qalatasaray"a 18 milyon avro ödəməyə hazırdır. 
 
Bu transfer qarşılığında Brumanın sabiq klubu Lissabon "Sportinq"i də 1,7 milyon avro qazanacaq.

Oxşar xəbərlər

"Qalatasaray" 4.75 milyon avro qazandı
18 yaşlı Yoro üçün 60 milyon avro
"Qalatasaray" futbolçusu "Bavariya"da - RƏSMİ
İstanbul klubunun futbolçusu üçün 30 milyon avro
"Qalatasaray" yeni transferini rəsmən təqdim etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər