reklam
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar -
Sportfm.az xəbər saytı

Afrika Millətlər Kubokuna qələbə ilə başladılar -2:0


Afrika Millətlər Kuboku-2025-in açılış matçı keçirilib.

Sportfm.az xəbər verir ki, A qrupunda meydan sahibləri Mərakeş millisi ilə Komor Adaları yığması üz-üzə gəlib. Rabatdakı Şahzadə bin Fahd stadionunda təşkil olunan görüşdə Mərakeş 2:0 hesablı qələbə qazanıb.

Matçın 11-ci dəqiqəsində Mərakeşin hücumçusu Süfyan Rahimi hesabı açsa da, referi qolu ləğv edib. İkinci hissədə İspaniya “Real Madrid”inin hücumçusu Braim Dias 55-ci dəqiqədə hesabda üstünlüyü təmin edib. 74-cü dəqiqədə isə Ayub Əl-Kaabi fərqlənərək nəticəni 2:0-a çatdırıb.

A qrupunda Mali və Zambiya yığmaları da yer alıb.

Turnirdə 24 komanda 6 qrupda mübarizə aparır. Yarış 18 yanvara qədər davam edəcək. Hazırkı titul sahibi Kot-dİvuar millisi hesab edilir.

Oxşar xəbərlər

Afrika Millətlər Kuboku başlayır, favorit ev sahibləridi
Millətlər Kubokunun püşkü atıldı
Afrika Millətlər kuboku başlayır
Mərakeş oyuna gəlmədi, Qana məğlub oldu - Afrika Millətlər Kuboku
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər