reklam
Afrika Millətlər kuboku başlayır
Sportfm.az xəbər saytı

Afrika Millətlər kuboku başlayır


Bu gün Fil Dişi Sahilində Afrika Millətlər Kuboku start götürəcək.

Sportfm.az xəbər verir ki, turnirdə 24 komanda iştirak edəcək. Açılış matçında A qrupunda Kot-d`İvuar Qvineya-Bissau ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu, tarixin 34-cü Afrika Millətlər Kubokudur. Kot-d`İvuar isə ilk dəfə sözügedən turnirə ev sahibliyi edir. Yarış fevralın 11-dək davam edəcək. Daha əvvəl builki Afrika Millətlər Kubokunun iyun-iyul aylarında keçirilməsi planlansa da, bölgədəki əlverişsiz hava şəraiti nəticəsində qərar dəyişib.

Afrika Millətlər Liqasının qalibi olan milli komanda 7 milyon dollar mükafat əldə edəcək. İkinci yeri tutan komanda isə 4 milyon dollar qazanacaq. Bu turnirin son çempionu Seneqal yığmasıdır.

Afrika Millətlər Kubokunda qrupların tərkibi belədir:

A qrupu: Kot-d`İvuar, Nigeriya, Ekvatorial Qvineya, Qvineya-Bissau

B qrupu: Misir, Qana, Kabo-Verde, Mozambik

C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya

D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola

E qrupu: Tunis, Mali, Cənubi Afrika Respublikası, Namibiya

F qrupu: Mərakeş, Konqo Demokratik Respublikası, Zambiya, Tanzaniya

Oxşar xəbərlər

Qrup mərhələsinin püşkü atıldı - Afrika Millətlər Kuboku
Afrika Millətlər Kubokunun bütün iştirakçıları bilindi
Afrikada 40 komanda yarışacaq - Püşk atıldı
1/8 finalın cütlükləri müəyyənləşdi - Afrika Millətlər Kuboku
Afrika Millətlər Liqasının püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər