reklam
Sportfm.az xəbər saytı

"Futbolçularım çəkinmədən sona qədər mübarizə apardı" -Qurban Qurbanov


"Futbolçularım çəkinmədən sona qədər mübarizə apardı".
Sportfm.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Napoli”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis səfər matçındakı məğlubiyyəti şərh edib:

“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq. Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər. Bu cür davam etməliyik”.

Qurbanov meydanı tərk etmək məcburiyyətində qalan Kevin Medinanın əvəzlənməsindən danışıb:

“Bu cür gərgin matçlarda planlaşdırılmamış əvəzetmələr bəzən qarşılaşmanın taleyinə təsir göstərə bilir. O, sona qədər meydanda qalsaydı ,bəlkə futbolçular daha inamlı olardılar. Demək ki, bu gün qalibiyyət “Napoli”nin olmalı idi”.

“Napoli” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

"Oyunçularım azərbaycanlı xarakteri göstərdilər" - Qurban Qurbanov
"Məğlub olmaq istəmirdik" - Qurban Qurbanov
"Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük" - Qurban Qurbanov
Azərbaycanlı futbolçu sona qədər mübarizə apardı
Qurban Qurbanov yenə Şahruddinin vəkili rolunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər