reklam
Sportfm.az xəbər saytı

"Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük" -Qurban Qurbanov


Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük.
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, məğlub olduqları görüş barədə danışıb:

“Yaxşı müdafiə olunan komandaya qarşı mübarizə aparırdıq. Təəssüf ki, məğlub olduq. İsveçə qələbə üçün gəlmişdik. Oyunçularım sona qədər mübarizə apardılar. Lakin futbol səhvlərin üzərində qurulan bir oyundur. Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük.

Hər bir halda futbolçularıma təşəkkür edirəm. Onlar bu il çox əziyyət çəkdilər. Cari il uğursuz nəticələrimiz olsa da, irəlidəki görüşlərə baxacağıq. Daha da böyümək üçün. Bizim üçün bu ilki Avropa Liqasının oyunları böyük təcrübə oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.

Oxşar xəbərlər

"Belə oyunlar futbolçularımızın böyüməsi üçün təcrübə sayılır" - Qurban Qurbanov
"Çox danışmayım, məni cərimələyərlər” - Qurban Qurbanov
Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
"Yaxşı oynayıb, məğlub olduq"
Qurban Qurbanov: "Bizim üçün vacib qələbə idi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər