reklam
Avarçəkənlər üçün seminar -
Sportfm.az xəbər saytı

Avarçəkənlər üçün seminar -AMADA


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) avarçəkənlər üçün növbəti seminar təşkil edib.

Sportfm.az xəbər verir ki, agentliyin mütəxəssisi idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları haqda məlumat verib.

Eyni zamanda həmin maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc avarçəkənlər maarifləndirilib. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub.

Oxşar xəbərlər

AMADA tennisçilər üçün seminar təşkil etdi
AMADA gənc güləşçilər üçün seminar keçirdi
AMADA antidopinq mövzusunda maarifləndirici seminar keçdi
AMADA qadın boksçular üçün seminar təşkil ettdi
AMADA qadın voleybolçular üçün seminar təşkil etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər