reklam
“Qarabağ”ıngəncləri
Sportfm.az xəbər saytı

“Qarabağ”ıngəncləri "Çelsi"yə məğlub oldu -Gənclər Liqası


“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.

Sportfm.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv “Çelsi”nin U-19 komandası ilə qarşılaşıb. “Azersun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 0:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Qarabağ”ın U-19 komandası Gənclər Liqasında bundan əvvəl “Benfika”ya (Portuqaliya) 1:7, “Kopenhagen”ə (Danimarka) 0:5, “Atletik”ə (İspaniya) isə 0:3 hesabı ilə uduzub.

Hazırda "Çelsi" 12 xalla 1-ci, xalı olmayan "Qarabağ" isə sonuncu - 36-cı pillədə qərarlaşır.

UEFA Gənclər Liqası, əsas mərhələ, 4-cü tur

"Qarabağ" U-19 - "Çelsi" U-19 - 0:5

Qollar: Cordon, 58, Derri, 66, 68, Meuka, 80, Runyam, 90+2

Oxşar xəbərlər

"Qarabağ" "Çelsi"yə qarşı - Çempionlar Liqası
“Qarabağ”ın gəncləri məğlub oldu - Gənclər Liqası
Azərbaycan təmsilçisi Gənclər Liqasında böyük hesabla uduzdu
“Qarabağ” bu gün növbəti matçına çıxacaq - Gənclər Liqası
“Qarabağ”ın U-19 komandası 7 buraxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər