reklam
Azərbaycan təmsilçisi Gənclər Liqasında böyük hesabla uduzdu
Sportfm.az xəbər saytı

Azərbaycan təmsilçisi Gənclər Liqasında böyük hesabla uduzdu


“Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında 2-ci tur oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, Rəşad Sadiqovun komandası Bakıda "Kopenhagen"lə (Danimarka) qarşılaşıb. "Azərsun Arena"da keçirilən matç saat 14:00-da başlayıb. Azərbaycan təmsilçisi 0:5 hesabı ilə məğlub olub.

“Kopenhagen”in qollarını Ankamafio (20-ci dəq.), Olsen (22), Dadason (28) və Frimpong (63, 79) vurublar. Bu nəticədən sonra hesabında 0 xalı olan “Qarabağ”ın U-19 komandası 35-ci yeri tutur.

Qeyd edək ki, “Qarabağ"ın U-19 kollektivi ilk turda səfərdə "Benfika"ya da ağır hesabla uduzmuşdu - 1:7.

Əlavə edək ki, bu gün “Qarabağ” və “Kopenhagen”in əsas komandaları Çempionlar Liqası yarışında üz-üzə gələcək.

Oxşar xəbərlər

“Qarabağ” bu gün növbəti matçına çıxacaq - Gənclər Liqası
Bu gün "Qarabağ" meydana çıxır - Çempionlar Liqası
"Qarabağ", "Qarabağ", yenə də "Qarabağ"
"Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlərin bilet qiymətləri
“Qarabağ” böyük hesabla uduzdu - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər