reklam
Sportfm.az xəbər saytı

"Böyük klubları Bakıda görmək azarkeşlər üçün stimuldur" -Qurban Qurbanov


"Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir.

Sportfm.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib.

53 yaşlı mütəxəssis Bakıda İngiltərənin "Çelsi" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

"Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacaq. Böyük klubları, yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram".

Təcrübəli baş məşqçi rəqibin Bakıda açıq məşqə çıxmamasına toxunub:

"Bunun böyük klublara təsir edəcəyini düşünmürəm. Bu cür hallarla çox üzləşiblər. Oyun günü meydana çıxmaq onlara problem yaratmamalıdır. Bizdə də oxşar proqram olub. İngiltərə ilə saat fərqi var. "Çelsi" işinə ciddi yanaşan komandadır".

Q.Qurbanov rəqibin heyətindəki itkilərlə bağlı danışıb:

"Belə komandaların 1-2 futbolçusunu müzakirə etmək olmaz. Onlar qarşılarına böyük hədəflər qoyurlar və heyətləri çox genişdir. Sadəcə, oyun sistemlərinə uyğunlaşmalıyıq. Böyük komandalara qarşı qalibiyyət çox önəmlidir. Biz hazırda kiçik futbol ölkəsi kimi tanınırıq. İngiltərə klubları ilə qarşılaşmalarda qələbəmiz yoxdur. Heç-heçə də etməmişik. İngiltərə Premyer Liqasının səviyyəsi tam başqadır. Sadəcə, bu cür komandalara qarşı inamlı oynamalı və yaxşı mübarizə aparmalıyıq".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

"Ölkəmizin tanınmasında az da olsa, pay sahibi oluruq" - Qurban Qurbanov
"Hədəfləri böyük olan komandaya qarşı çıxış edəcəyik" - Qurban Qurbanov
"Bizim Avropada böyük təcrübəmiz var" - Qurban Qurbanov
""Qarabağ" böyük klubdur" - Farioli
“Oyunçularıma güvənirəm“ - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər