Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Baş məşqçi oyun zamanı dünyasını dəyişdi
Serbiyanın "Radniçki 1923" komandasının baş məşqçisi Mladen Jijkoviç oyun zamanı vəfat edib.
Sportfm.az xəbər verir ki, 44 yaşlı mütəxəssis səfərdə "Mladost"a qarşı ölkə çempionatı matçının 22-ci dəqiqəsində özünü pis hiss edib.
Həmin vaxt Jijkoviçin komandası 2:0 hesabı ilə öndə olub. Baş məşqçi xəstəxanaya aparılarkən, yolda keçinib. Hadisə ilə əlaqədar oyun yarımçıq dayandırılıb.
Qeyd edək ki, Mladen Jijkoviç "Radniçki 1923"ə bu il baş məşqçi təyin olunub. Əvvəllər o, Bosniya və Herseqovinanın "Zrinski" və Sloboda", eləcə də Albaniyanın "Şkupi" kollektivlərinə rəhbərlik edib. Jijkoviç futbolçu kimi Bosniya və Herseqovina millisində 2 oyun keçirib.

Oxşar xəbərlər
"Adanaspor"un baş məşqçisi dünyasını dəyişdi
Futbolçu oyun zamanı dünyasını dəyişdi
İsgəndərlinin komanda yoldaşı oyun zamanı dünyasını dəyişdi
Azərbaycanlı məşqçi dünyasını dəyişdi - 73 yaşında
Futbolçu oyun zamanı dünyasını dəyişdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası