reklam
Yeniyetmələr arasında Avropa çempionundan qızıl medal -
Sportfm.az xəbər saytı

Yeniyetmələr arasında Avropa çempionundan qızıl medal -Uğur


Moldovanın paytaxtı Kişinyovda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb. İlk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb.

Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.

Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçumuz final yolunda son olaraq Nazar Viskova qalib gəlib.

Qeyd edək ki, İslam Rəhimov 4 il öncə yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.

Oxşar xəbərlər

İlk gündə bir medal - Dünya çempionatı
Cüdoçumuz Avropa çempionu oldu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Cüdoçularımız Avropada 1-ci olublar
İki cüdoçumuz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər