reklam
“DH Volley” komandası “Azerrail” üzərində qələbə qazanıb
Sportfm.az xəbər saytı

“DH Volley” komandası “Azerrail” üzərində qələbə qazanıb


Qadın voleybolçular arasında keçirilən Yüksək Liqa oyununda “DH Volley” və “Azerrail” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda “DH Volley” Yüksək Liqanın son çempionu “Azerrail” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan qarşılaşma qadın voleybolçular arsında gedən gərgin mübarizə ilə yadda qalıb. Görüşün taleyi tay-brekdə həll olunub və beş setlik oyunun yekununda “DH Volley” qalib gəlib – 3:2 (23:25, 25:20, 25:11, 23:25, 15:12). Beləliklə, “DH Volley” komandası Yüksək Liqanın ilk oyununda çempionata qələbə ilə start verib.
“DH Volley” komandası “Azərlotereya” ASC-nin dəstəyi ilə yaradılıb. “Azərlotereya” ölkədə sağlam həyat tərzinin təşviqi, idman klublarının, həmçinin müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq və ölkə adına idman nailiyyətlərinin əldə olunmasıdır.
“DH Volley” komandası “Azerrail” üzərində qələbə qazanıb

“DH Volley” komandası “Azerrail” üzərində qələbə qazanıb

Oxşar xəbərlər

Yüksək Liqa başladı
“Azərlotereya”nın sponsorluğu ilə yeni voleybol komandası yaradıldı
AVF rəsmisi İtaliya klubunun oyununda
UNEC öz zalında məğlub oldu
Qızlar kubokla çılpaq şəkil çəkdirdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər