Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatları tarixində 2-ci
Misli Premyer Liqasının 8-ci turu “Qarabağ”ın meydana start heyətində 11 legionerlə çıxması ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanov “Turan Tovuz”la səfər qarşılaşmasında “11-lik”də yerli futbolçulara şans verməyib. Bu, cari mövsümdə ilk belə hadisədir.
Azərbaycan çempionatları tarixində isə 2-ci dəfə belə “11-liy”ə təsadüf olunub. Legioner limitinin indiki kimi olmadığı 2008-10-cu illərdə bir matçda eyni komandanın start heyətində 11 əcnəbi yer alıb.
2009/10 mövsümünün 19-cu turunun "Simurq" - "Xəzər Lənkəran" görüşündə (1:2) meydan sahibləri 11 legionerə güvənib: 77. Vitali Postranski, 4. Aleksandr Malıgin (k), 7. Gennadi Solonitsin, 8. Ruslan Qunçak, 17. Kaxaber Çxetiani, 18. David Bolkvadze, 19. Yuri Bulıçev, 23. Roman Axalkatsi, 24. Andrey Raspopov, 32. Aleksandr Qolban, 33. Nenad Beqoviç.
2010-cu il fevralın 9-da keçirilən qarşılaşmadan 5729 gün sonra eyni hadisə yaşanıb. Həmin vaxt olduğu kimi yenə qonaq komanda 2:1 hesablı qələbə qazanıb. Amma bu dəfə matça 11 legionerlə başlayan komanda üç xala sevinib.
Zaqatalada keçirilən oyunda yerli komandanın baş məşqçisi də legioner – ukraynalı Roman Pokora olub. Bu dəfə isə 11 legionerə yerli mütəxəssis Qurban Qurbanov şans verib.

Oxşar xəbərlər
Bu iki komandanın tarixində ilk dəfə olacaq
“Turan Tovuz” “Neftçi”nin göstəricisini təkrarladı
"Neftçi"nin tarixində bir ilk
“Qarabağ”dan 5-ci dəfə 7 qol - Misli Premyer Liqası
"Zirə"nin tarixində bir ilk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası