Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Zirə"nin tarixində bir ilk
Misli Premyer Liqasının 2023/24 mövsümünə iki quru hesablı qələbə ilə başlayan “Zirə” tarixində ilk dəfə belə uğura imza atıb.
Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk turda “Qarabağ”, ardınca “Kəpəz”i eyni – 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qəsəbə klubu ölkə çempionatları tarixinə startda iki quru hesablı qələbə qazanan 18-ci komanda kimi düşüb. Bu, texniki nəticələr nəzərə alınmamaqla ümumilikdə 29-cu belə startdır.
“Neftçi” hamıdan çox – 5 mövsümdə ilk iki oyunda qol buraxmadan qalib gəlib. “Qarabağ” 4, “Bakı” 3, Sumqayıt “Xəzər”i və “Xəzər Lənkəran” hərəyə 2, digər komandalar isə bir mövsümdə belə uğurlu starta imza atıb.
Qeyd edək ki, cari mövsümdə daha bir komanda eyni göstəricini təkrarlaya bilər. İlk turda quru hesabla qələbə qazanan “Sabah”ın görüşü təxirə salındığı üçün bakılılar ikinci oyununa 3-cü turda çıxacaq.

Oxşar xəbərlər
“Qarabağ”dan 5-ci dəfə 7 qol - Misli Premyer Liqası
"Zirə"dən tarixi nəticə
Kəpəz”, “Turan” və “Qarabağ” ilk üçlükdə, “Neftçi”dən üç dəfə
“Qarabağ”dan iki rekord
"Zirə"dən iki rekord birdən!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin