reklam
“Turan Tovuz” “Neftçi”nin göstəricisini təkrarladı
Sportfm.az xəbər saytı

“Turan Tovuz” “Neftçi”nin göstəricisini təkrarladı


“Qarabağ”ın Misli Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Sportfm.az xəbər verir ki, IV turun 2024-cü il avqustun 24-də keçirilən “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri yenə eyni rəqibə məğlub olub. Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan Ağdam klubu yenə evdə, bu dəfə 1:2 hesabı ilə yenilib.

“Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/02 mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/21 mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.

Qeyd edək ki, ölkə çempionatları 2013/14 mövsümündən 4 dövrədə keçirilir. Bunadək iki mərhələdə keçirilən 1998/99, yarımçıq qalan2001/02 və 2009/10-2012/13 mövsümlərində də bir komanda eyni rəqiblə iki dəfə səfərdə qarşılaşa bilib.

Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"dan, "Neftçi" "Kəpəz"dən üstün oldu - STATİSTİKA
“Qarabağ” rekordunu təkrarladı
“Turan Tovuz” öz tarixi rekordunu təkrarladı
Qurban Qurbanovun 10-cu çempionluğu
Premyer Liqamızda son 5 mövsümün rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər