reklam
Sportfm.az xəbər saytı

"Rəqibin intensiv hücumlarına dözə bildik" -Rəşad Eyyubov


“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq”.
Sportfm.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.

O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığması ilə keçirilən oyunu (0:5) mətbuat konfransında şərh edərkən həmçinin bildirib:

“İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik”.

R.Eyyubov bildirib ki, millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtları olur: “Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.

Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.

Oxşar xəbərlər

"Bacardığımız qədər çox xal toplayacağıq" - Elnur Çodarov
Baş məşqçimiz qorxmaqdan danışdı - Siyasət Əsgərov
Qadın yığmamızın baş məşqçisi Portuqaliyadan qorxdu: ən güclü bizə düşdü
"Qarabağ"ın vurduğu qollarda sanki yuxuladıq" - Baş məşqçi
"Şerif"in baş məşqçisi:"Hücum edə bilməzdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər