reklam
Sportfm.az xəbər saytı

"Bacardığımız qədər çox xal toplayacağıq" -Elnur Çodarov


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Bolqarıstan yığması ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib.

Sportfm.az AFFA-nın saytına istinadən xəbər verir ki, o deyib:

“Oyunu yüksək qiymətləndirirəm. Matça yaxşı hazırlaşmışdıq, məşqlərdə verilən tapşırıqları futbolçular maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Oyunçularımız sona qədər döyüşdülər. Düzdür, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Ancaq qazanılan 1 xalı da yaxşı nəticə hesab edirik. Ayxan Abbasovun yoxluğu yüz faiz özünü göstərir. Maksimum dərəcədə çalışdıq ki, bunu hiss etdirməyək.

Bacardığımız qədər çox xal toplayacağıq. Əsas məqsədimiz odur ki, uşaqlar özlərinə inansınlar. Döyüşkən komanda yarada bilsək, inanıram ki, yaxşı xallar yığacağıq”.”.

Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.

Oxşar xəbərlər

"Futbolçuların özlərinə inamları qələbəyə gətirib çıxardı" - Aqil Nəbiyev
“Komandamız turnirdə pis çıxış etmədi” - İlham Yadullayev
"Bu görüşü yaddan çıxarmalıyıq" - İlham Yadullayev
Baş məşqçimiz qorxmaqdan danışdı - Siyasət Əsgərov
Qadın yığmamızın baş məşqçisi Portuqaliyadan qorxdu: ən güclü bizə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər