reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın vurduğu qollarda sanki yuxuladıq" -Baş məşqçi


"Rəqibin vurduğu hər iki qol zamanı sanki yuxuladıq".

Sportfm.az xəbər verir ki, bunu Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Korkeakunnas Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

55 yaşlı mütəxəssis məğlubiyyətə görə qarışıq hisslər keçirdiyini bildirib: "Matça ehtiyatlı başladıq və ilk dəqiqələrdə passiv idik. Lakin vəziyyəti olduqca tez düzəldə bildik. Xüsusilə ikinci hissədə oyuna yaxşı qoşulduq. Vaxt keçdikcə cəsarətimiz artdı və rəqibin təzyiqini qıra bildik. Daha yaxşı nəticə qazana bilərdik. Sadəcə, sonadək dözə bilmədik. "Qarabağ" kimi komandalar isə ani diqqətsizlikdən çox yaxşı istifadə edirlər".

O, cavab matçı üçün ümidli danışıb: "Bugünkü oyunumuz mənə gördüyümüz işləri davam etdirə biləcəyimizə daha çox inam verdi. İddiamız artır və hər dəfə bunun əlamətləri daha çox görünür. Oyunumuz istədiyimiz səviyyəyə çatmağa başlayır. Hələ heç nə həll olunmayıb".

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də Helsinkidə olacaq.

Oxşar xəbərlər

“Yaxşı hazırlıq matçı oldu” - Qurban Qurbanov
Qurban Qurbanov yenə Şahruddinin vəkili rolunda
"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" - Samir Abasov
"Bu nəticə bizi qane edir" - "Makkabi"nin baş məşqçisi
"Şkupi"nin baş məşqçisi: "Rəqibin güclü orta xətti var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər