reklam
ABŞ məşhur futbolçuya qarşı sanksiya tətbiq etdi
Sportfm.az xəbər saytı

ABŞ məşhur futbolçuya qarşı sanksiya tətbiq etdi


ABŞ Maliyyə nazirliyi narkomafiya ilə əlaqəli olduqlarına görə Meksikanın 42 şirkəti və 22 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Sportfm.az xəbər verir ki, onların arasında məşhur futbolçu Rafael Markesin də adı var.

Sanksiya siyahısına həmçinin tanınmış müğənni Xulio Sezar Alvares Montelonqo da düşüb.
 
"Hər iki şəxs narkokartelin başçısı Flores Hernandeslə uzunmüddətli münasibətlərdə, həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan təşkilatlarla əlaqədə olmaqda günahlandırılır", nazirliyin məlumatında vurğulanıb.
 
Meksika futbol tarixində ən yaxşı oyunçulardan biri kimi tanınan 38 yaşlı Rafael Markes "Monako" (1999-2003) və "Barselona" (2003-2010) kimi məşhur klublarda çıxış edib. Hazırda Meksikanın "Atlas Qvadalaxara" klubunun şərəfini qoruyur.  

Oxşar xəbərlər

Məşhur futbolçu İsraildə qətlə yetirildi - Hadisə
Zelenski elə bir fərman imzaladıki...
Kabayeva yeni sanksiyalar paketindən çıxarıldı - Qərar
Rusiyalı klub prezidentinə sanksiya tətbiq edildi - Qadağa
"Hakim-narkobaron" tutuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər